İki nazirimiz Biznes Mərkəzində

2 May, 15:22

Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı Biznes Mərkəzində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib. Tədbirin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov və Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev iştirak ediblər.

Bu haqda VOİCEPRESS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə 73-ü özəl, 4-ü dövlət sektoruna aid olan 77 müəssisə tərəfindən 237 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here