Heydər Əliyev Mərkəzində açıq qapı günü elan olunub

17 May, 08:38

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar mayın 18-də Heydər Əliyev Mərkəzində “Açıq qapı” günü elan olunub.

Mərkəzdən VOİCEPRESS-ə verilən məlumata görə, “Açıq qapı” günü çərçivəsində ziyarətçilər Heydər Əliyev Muzeyi, “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan”, “Kukla incəsənətdə”, tanınmış meksikalı rəssam-heykəltəraş Xorxe Marinin “Varlığın canlanması”, almaniyalı fotoqraf Teo Allofsun “Ram edilməmiş Afrika” sərgiləri, həmçinin Mərkəzin daimi ekspozisiyasında nümayiş etdirilən böyük britaniyalı heykəltəraş Aniş Kapurun “Parobolik bükülmə”, ispan rəssam Jaume Plensanın “Avtoportret”, yapon rəssamları Yayoi Kusamanın “Sabahın çiçəkləyən gülləri” və Mariko Morinin “Dövrilik-1” əsərləri ilə tanış ola bilərlər.

“Açıq qapı” saat 11:00-dan 17:00-dək davam edəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here