VOİCEPRESS-in məlumatına görə, 1980-1990-ci illərdə o, Xankəndində orta məktəbdə müəllim işləyən Havva xanım erməni daşnaqlarının Xankəndinin işğalı nəticəsində məcburi köçkünə çevrilmişdir. 1993-ci ildən o, Bakıda Dövlət İdarəçilik Akademiyasında tarix müəlliməsi işləmişdir. Havva Məmmədova 2005-ci ildə 122-ci saylı Xankəndi şəhər seçki dairəsindən deputat seçilmişdir.
Parlamentdə millətinin vəkili missiyasını layiqincə yerinə yetirən Havva xanım bir Qarabağlı kimi azərbaycanlı məcburi köçkünlərlə hər zaman yaxından maraqlanmış və hər zaman onlara dəstək olmuşdur. O millət vəkili Elman Məmmədovla birlikdə dəfələrlə Gürcüstan, ABŞ, Avropada keçirilən tədbirlərdə iştirak etmiş, orda Azərbaycan diasporaları ilə görüşlər keçirmiş və Qarabağla bağlı müzkirələrdə yaxından iştirak etmişdir. Havva xanım Qarabağ həqiqətlərini özündə əks etdirən, bir neçə dillərə tərcümə olunmuş üç kitabın müəllifidir.
“Xocalı soyqırımı” kitabı 1992-ci ilin fevral ayında tarixi Azərbaycan şəhərində yaşanan insanlıq dramının bütün dəhşətlərini əks etdirir. Kitaba Xocalı qurbanlarının tam siyahısı və erməni vəhşiliyini göstərən çoxsaylı illüstrativ material əlavə olunub. İndiyə qədər bir sıra dillərə tərcümə olunan bu əsərdə Xocalı soyqırımının müasir Ermənistan rəhbərliyinin yalnız Azərbaycan xalqı deyil, insanlıq və müasir sivilizasiya qarşısında, bəşəri dəyərlər qarşısında məsuliyyət və cavabdehlik məsələsi qaldırılır.
Hava Məmmədova qaçqın qadınlar komitəsinin üzvidir. O, həm də “New Europe” qəzetinin Bakıdakı nümayəndəsidir.
VOİCEPRESS kollektivi olaraq doğum gününüz münasibətilə sizi təbrik edən çoxsaylı dostlarınız və yaxınlarınıza qoşularaq ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzu edirik.
VOİCEPRESS.AZ