Hansı güllər otaq havasını təmizləyir?

385224

Evin havasında olan zəhərli kimyəvi maddələr və kanserogen maddələrdən xilas ola bilirsinizmi?

VOİCEPRESS deyerler.org-a istinadən bildirir ki, bu qorxuducu vəziyyətdən qurtulmaq həm asan, həm zövqlüdür. Evinizə yerləşdirəcəyiniz bu bitkilər həyatınızı xilas edə bilər.

Sansevieriya

Xərçəng yaradan trikloretilen maddəsini məhv edir.

Kaktus

Az qızdırılan otaqlarda saxlanılması vacib olan bu bitki, karbonmonoksid maddəsini təmizləyir.

Xlorofitum

Yerləşdiyi otaqdakı karbonmonoksidi 96% nisbətində məhv edir.

Azaliya

Azaliya gülü ammonyak (hidrogenin nitridi olub, kəskin iyli və normal şəraitdə rəngsiz qazdır) qazını sovurur.

Fikus benjamina

Təkcə mövcud olduğu otağı deyil, evin hər yanına yayılan formaldegidi (rəngsiz qazdır, qarışqa turşusunun aldegididir) təmizləyir.

Sarmaşıq

Bu bitki, plastil, yuyucu, mürəkkəb və siqaret tüstüsündə mövcud olan benzol adlı maddəni təmizləyir.

Payızgülü

Bu çiçək boyalarda olan trikloretilen maddəsini məhv etməkdə effektivdir.

VOİCEPRESS.AZ

Əvvəlki məqaləQızına 400 minlik toy edən məmur işdən
Növbəti məqalədəAtasının işdən qovulmasına səbəb olan Aysel sosial şəbəkədən də getdi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin