Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb.
VOİCEPRESS bildirir ki, birincilik uğrunda mübarizədə güləşçimizin rəqibi İran təmsilçisi Yousef Qaderian olub. Gərgin keçən mübarizədə hesab 1:1 olsa da, iranlı güləşçi sonuncu xal qazandığı üçün, hakimlər qələbəni iranlı təmsilçiyə veriblər.

Güləşçimiz R.Hüseynov isə gümüş medalla kifayətlənməli olub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
VOİCEPRESS.AZ