Güləşçilərimizdən zəif performans – YENİLƏNİB

17 May, 11:58

11:40

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (59 kq) IV İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünü keçirib.

VOİCEPRESS xəbər verir ki, final uğrunda mübarizədə güləşçimiz Qırğızıstan təmsilçisi Zolçubekov Kanybek ilə qarşılaşıb. Gərgin keçən mübarizədə Murad Məmmədov rəqibinə 5:3 hesabı ilə məğlub olaraq finala vəsiqə qazanmaq şansını itirib.

Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

11:12

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev (98 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

VOİCEPRESS xəbər verir ki, final uğrunda mübarizədə güləşçimizin rəqibi Özbəkistan təmsilçisi Rüstəm Assakalov olub.

O.Nuriyev rəqibinə 5:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

———-

11:04

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlarda daha iki güləşçimiz – Orxan Nuriyev (98 kq) və Murad Məmmədov (59 kq) 1/4 finalda mübarizəyə qoşulub.

VOİCEPRESS xəbər verir ki, O.Nuriyevin rəqibi Pakistan təmsilçisi Rza Tayab, M.Məmmədovun isə rəqibi İran təmsilçisi Nurbaxış Məhəmməd olub.

O.Nuriyev rəqibinə 9:0, M.Məmmədov isə 10:4 hesabı ilə qalib gələrək yarımfinala çıxıblar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here