Fransada ikinci tur prezident seçkilərinin nəticələri açıqlanır.
VOİCEPRESS-in Enter.News-a istinadən verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən “En Marche” Hərakatının lideri Emmanuel Makron 65,9% səslə öndədir. Onun rəqibi , “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen 34,1% səs toplayıb.
M. Le Pen Emmanuel Makronu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.
Səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.
VOİCEPRESS.AZ