Finlandiyanın sabiq prezidenti vəfat edib

13 May, 09:17

Finlandiyanın sabiq prezidenti Mauno Koyvisto cümə günü 93 yaşında vəfat edib.

VOİCEPRESS-in “İterfax”a istinadən verdiyi məlumata görə, sabiq dövlər başçısı Meylahti xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Mauno Koyvisto 1982-1994-cü illərdə Finlandiyanın prezidenti olub. O, Finlandiyanın 9-cu prezidenti olub. Prezident vəzifəsinə qədər, Koyvisto baş nazir, maliyyə naziri və Finlandiya Bankının rəhbəri vəzifəsində çalışıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here