Azərbaycan müsabiqəni 14-cü yerdə bitirib
62-ci “Eurovision” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sabral olub.
VOİCEPRESS xəbər verir ki, səsvermənin nəticələrinə görə, 758 xalla Portuqaliya qalib olub. İkinci yerdə Bolqaristan, üçüncü pillədə isə Moldova qərarlaşıb. Sobral müsabiqədə “Amar Pelos Dois” mahnısını ifa edib.
Azərbaycan münsif səsverməsindən 72 xal toplayıb. Azərbaycandan 8 balı Portuqaliyaya, 10 balı Moldovaya, 12 balı isə Belarusa verilib. Azərbaycan müsabiqəni 14-cü yerdə bitirib.
VOİCEPRESS.AZ