“Eurovision 2017” başladı-Foto

9 May, 23:37

Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

VOİCEPRESS xəbər verir ki, Azərbaycanı təmsil edən Diana Hacıyeva səhnəyə səkkizinci çıxaraq “Skeletons” mahnısını ifa edib. “Dihaj” təxəllüsü ilə çıxış edən D. Hacıyevanın mahnısının müəllifləri bəstəkar prodüser İsa Məlikov və Sandra Byormandır.

Birinci və ikinci yarımfinalların hər birində 18 ölkə finala keçmək uğrunda yarışır. Birinci yarımfinalda Azərbaycanla yanaşı, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar çıxış edirlər.

Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.

Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 13-də çıxış ardıcıllığı müəyyən olunacaq.

Kiyevdə Beynəlxalq Sərgi Mərkəzində “Eurovision 2017” mahnı müsabiqəsinin ilk yarım finalı keçirilir.

***

VOİCEPRESS bildirir ki, gecədə 18 ölkənin təmsilçisi mahnılarını səsləndirəcək.

Müsabiqənin aparıcıları şoumenlər Aleksandr Skiçko, Vladimir Ostapçuk və Timur Miroşniçenkodur.

Müsabiqənin ilk yarımfinalında ənənəvi olaraq ilk çıxış edən ötənilki qalib olmalıydı. Lakin təşkilatçıları müğənni Camalanı perspektiv multiartist Monatiklə əvəzləyiblər.

Monatik “Spinning” maşnısını ifa edib

42 ölkənin qatıldığı mahnı müsabiqəsinin 2-ci yarımfinalı mayın 11-də, final isə mayın 13-də olacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here