VOİCEPRESS xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.
Politoloqun fikrincə, belə olan halda Azərbaycan da öz imkanlarını hərəkətə gətirməlidir: “Məsələn, Azəbaycan Rusiyanın Volqoqrad və Həştərxan şəhərlərində məktəblər tikib, parklar açıb, bir sözlə pul yatırıb və buna görə həmin şəhərlərin rəhbərləri Azərbaycana minnətdardırlar. Ancaq elə rusların yaxşı bir misalı var – “quru sağ ol ilə iş düzəlmir”.
Dağlıq Qarabağın azərbaycanlı icmasının iştirakı ilə bu şəhərlərdə dəyirmi masalar təşkil edilsin, işğaldan danışılsın, məsələnin sülh yolu ilə həlli haqqında fikirlər çatdırılsın. Bu prosesə “Sülh Platforması”nı da qoşmaq olar. Moskva və Sankt-Peterburda da bu çalışmaları genişləndirmək lazımdır. Erməni lobbisi Moskva və Sankt-Peterburda separatçıların “bayrağ”ını qaldırırsa, bizim də buna cavabımız Dağlıq Qarabağın azərbaycanlı icmasını tanıtdırmağımız olmalıdır”.
VOİCEPRESS.AZ