Erməni girovluğunda saxlanılan Elnur Hüseynzadədən XƏBƏR VAR

12 May, 13:18

Ermənistan hərbçiləri tərəfindən girov götürülən Elnur Hüseynzadə ailəsinə məktub göndərib.

VOİCEPRESS
xəbər verir ki, bu barədə azvision-a girovun atası Elman Hüseynov məlumat verib. O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları E.Hüseynzadəyə baş çəkiblər.

“Məktub çox qısadır. “Salam” və “sağ olun” sözləri yazılıb. Həmçinin oğlum vəziyyəti ilə bağlı yalnız bir söz yazıb: “Salamatam”. Elnura görə çox narahatam. O, bizim yeganə övladımızdır”.

Xatırladaq ki, Hüseynzadə Elnur Elman oğlu fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən, Tərtər rayonu, Talış kəndi istiqamətində girov götürülüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here