Ərdoğan 33 ay sonra yenidən AKP-yə üzv oldu

2 May, 15:06

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 33 ay sonra yenidən qurucusu olduğu AKPY-yə üzv olub.

VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu 16 aprel referendumundakı dəyişiklik sayəsində baş tutub. Bundan əvvəl, konstitusiya ölkə prezidentinin hər hansı partiyaya üzv olmağını qadağan edirdi.

Buna görə 2014-cü ilin avqusutnda prezident seçkilən Ərdoğan AKP sıralarını tərk edərək sədrliyi Əhməd Davudoğluna vermişdi.

Üzvlük müraciətini partiyanın qərargahında imzlayan Ərdoğan 33 ay yaxud 979 gün sonra yenidən partiyasının sıralarına dönüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here