Elmar Məmmədyarov: “Sülh bunun müqabilində mümkündür”

16 May, 08:45

Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan həmsədrlərin regiona səfərindən sonra nazirlər səviyyəsində görüşün mümkün olduğunu bildirib.
VOİCEPRESS xəbər verir ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib ki, bunun prinsip etibarilə mümkün olduğunu qeyd edib: “Üç ölkənin xarici işlər nazirlərinin sonuncu Moskva görüşündən sonra məndə belə təəssürat yarandı ki, qoşunların çıxarılması müqabilində sülh və ya ərazi müqabilində sülh mümkündür. Son on iki il ərzində danışıqlar prosesinin məntiqini bu təşkil edir. Amma diplomatiyada “danışıqlar naminə danışıqlar” mövcud deyil. Hər kəsə aydındır ki, Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here