Dünya Turizm Təşkilatının baş katibi Talib Rifai Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib

11 May, 18:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifainin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

BMT-nin Dünya Turizm Təşkilatı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifai “Dostluq” ordeni ilə təltif edilsin”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here