Dünya çempionumuzun İslamiadada rəqibi müəyyənləşib

12 May, 13:37

[justify]Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi dəqiqləşib. 60 kq çəki dərəcəsində mübarizə aparacaq Cavid Çələbiyev 1/4 finalda Hakan Doğanla (Türkiyə) üz-üzə gələcək.

Bu barədə VOİCEPRESS-ə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Dünya çempionumuzun rəqibi bu gün keçirilən 1/8 final döyüşündə müəyyənləşib. Yoel Volliamsonu (Qayana) mübarizədən kənarlaşdıran türkiyəli idmançı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.

C.Çələbiyevin türkiyəli boksçu ilə görüşü mayın 14-də olacaq.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

VOİCEPRESS.AZ

[/justify]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here