E.Əzizov bildirib ki, müəssisələrin publik hüquqi şəxs olması bu ödənişləri qanuniləşdirməyə imkan yaradacaq. E.Əzizov hazırda dövlət tibb müəssisələrinin publik hüquqi şəxsə keçirilməsi üçün işlərin aparıldığını açıqlayıb.
Nazirlik rəsmisinin sözlərinə görə, publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi üçün artıq 70-ə yaxın dövlət tibb müəssisəsinin nizamnaməsi razılaşdırmaq məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilib. Nizamnamə razılaşdırıldıqdan sonra müəssisələr prosedura uyğun olaraq, Vergilər Nazirliyində qeydiyyatdan keçəcəklər. Bundan sonra isə artıq onların mülkiyyət forması dəyişəcək və onlar publik hüquqi şəxslər olacaqlar: “Publik hüquqi şəxs olma tibb müəssisələrinə kifayət qədər geniş imkanlar verəcək. Onlar büdcə ilə də maliyyələşə biləcəklər, hətta özlərinin əlavə pullu xidmət göstərmək imkanları da olacaq. 70-dək müəssisə publik hüquqi şəxs olduqdan sonra artıq onların ödənişli xidmət göstərmək hüququ olacaq. Hansı xidmətlərin pullu olacağı isə hökumət tərəfindən müəyyənləşdiriləcək. Hazırda yalnız mərkəzi xəstəxanaların publik hüquqi şəxs kimi fəaliyyət göstərməsindən söhbət gedir”.
E.Əzizov qeyd edib ki, dövlət tibb müəssisələrində tibbi xidmətlərin pullu olması həm də icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlıdır: “Bu xidmətlər pullu olduqda artıq onun qiymətini xəstə deyil, sığorta şirkəti ödəyəcək. Təbii ki, ödəniş də artıq rəsmi olacaq, pul əldən-ələ verilməyəcək”.
VOİCEPRESS.AZ