Dihaj “Eurovision”da oxudu – Erməni kanalı təxribat etdi

10 May, 11:03

Ermənistanın birinci kanalının şərhçiləri “Eurovision” mahnı müsabiqəsinin yayımı zamanı növbəti təxribata əl atıblar.

VOİCEPRESS xəbər verir ki, bu barədə Rusiyanın gazeta.ru xəbər saytı məlumat yayıb. Bildirilib ki, müsabiqə zamanı Dihajın çıxışından əvvəl çarx yayımlanmağa başlayıb. Şərhçilər Dihajın və Azərbaycanın adını çəkməyiblər.

Onlar deyiblər ki, bu gün Ermənistan üç bayramı qeyd edir: “Şuşanın alınması günü”, “Qələbə günü” və “Qarabağ ordusu günü”.

Videoçarx bitdikdən sonra aparıcılar “İndi isə növbəti ölkə çıxış edir” deyiblər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here