Departament gücləndirilmiş rejimə keçdi – Metroların giriş-çıxışlarında, avtobus dayanacaqlarında

3 May, 19:23

Bakı şəhər İcra hakimiyyətinin (BŞİH) Xidmət və Ticarət Departamenti IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə VOİCEPRESS-ə açıqlamasında departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, xidmət əməkdaşlarına ciddi tapşırıq verilib:

“Departamentin bütün əməkdaşları mayın 1-dən gücləndirilmiş iş rejimində çalışır. Bu iş rejimi ayın sonuna qədər davam edəcək. Əsas məqsəd IV İslam Həmrəyliyi Oyunları ərəfəsində və oyunlar zamanı metroların giriş-çıxışlarına, avtobus dayanacaqlarına, əhalinin sıx olduğu ərazilərə nəzarəti gücləndirməkdir. Mayın 1-dən sonuna qədər əməkdaşlarımız həmin ərazilərə təhkim olunub, səyyar satışın qarşısı alınır. Bu isə paytaxt sakinləri və turistlərin rahatlığını təmin etmək məqsədi daşıyır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here