“Sevindirici haldır ki, IV Həmrəyliyi Oyunları ölkəmizdə keçirilir. Üzərimizdə böyük məsuliyyət var idi. Çox sevinirəm ki, qalib gəlməyi bacardım”.
VOİCEPRESS bildirir ki, bunu jurnalistərə IV İslam Həmrəyliyi Oyunlarının cüdo üzrə qızıl mükafatçısı Nicat Şıxəlizadə deyib.
O qeyd edib ki, qarşıda duran ən birinci məqsəd qalib olmaq idi: “Bu yarışma doğma diyarımızda keçirildiyi üçün qalib gəlmək lazım idi və çox sevinirəm ki, bunu bacardım”.
N.Şıxəlizadə Azərbaycan Prezidenti İlham Əliyevə qızıl medalı ona təqdim etdiyi üçün minnətdarlığını bildirib: “Çox sevinirəm ki, mükafatı mənə cənab Prezident təqdim etdi”.
VOİCEPRESS.AZ