Çində zəlzələdə ölənlərin sayı artmaqdadır – 8 nəfər

11 May, 10:07

Çinin şimal-qərbində Sincan-Uyğur muxtar rayonunda baş verən 5,5 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. VOİCEPRESS-in məlumatına görə, bundan öncə 4 nəfərin həlak olması barədə xəbər yayılmışdı. Daha 11 nəfərin xəsarət aldığı bildirilir.

Çin Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 5:58 radələrində Kaşqar dairəsinin Daşqurqan-Tacik muxtar qəzasında qeydə alınıb. Burada əksər binalarda çatlar yaranıb, dağıntılar var.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here