Çimərliklərin monitorinqi başlanır – VİDEO

15 May, 21:31

Sabahdan etibarən Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları bütün çimərliklərdə yoxlamalar aparacaqlar.

VOİCEPRESS bildirir ki, monitorinqlərin nəticələri yeni çimərlik mövsümü başlayana kimi məlum olacaq.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımovun sözlərinə görə, laborator analizlərin nəticələrinə əsasən çimərliklərdən hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək. Monitorinqlər çimərlik mövsümü başa çatanadək mütəmadi olaraq davam etdiriləcək.

Ötən il aparılmış müayinələrin nəticələrinə əsasən, Sumqayıt şəhəri Corat qəsəbəsinin, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərlikləri istifadəyə yararsız hesab edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here