Ağdamda fərdi yaşayış evində yanğın baş verib. Hadisə rayonun cəbhə xəttinə yaxın yerləşən Hacıturallı kəndində qeydə alınıb. VOİCEPRESS-in məlumatına görə, yanğın nəticəsində Mübariz Əliyevə məxsus 4 otaqlı evin 100 kv metri əşyaları ilə birlikdə tamamilə yanıb.
İlkin ehtimala görə yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Alovun qarşısını hadisə yerinə gələn FHN -nin yanğınsöndürənləri alıb. Yanğının yaxınlıqdakı yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Rayon İH dən bildirilib ki, yanğın nəticəsində ziyan dəymiş ailəyə maddi yardım göstərilib. Onların müvəqqəti yaşayış yeri ilə təmin edilməsinə də köməklik göstəriləcək.
VOİCEPRESS.AZ