“Buraxılış imtahanlarında “əla” qiymət alan şagirdlərin sayı artıb”

4 May, 13:03

Azərbaycanda XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən “əla” qiymət alan şagirdlərin sayı 6,8 faizdən 8,8 faizə yüksəlib.
VOİCEPRESS
xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.

M.Cabbarov bildirib ki, XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən müvafiq qiymət alanların çəkisi 2016-cı ildə 2015-ci ilə nisbətən 2 faiz artaraq 65 faiz olub.

Nazir əlavə edib ki, 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50,2 faizdən 2016-cı ildə 67,2 faizədək artıb, son 4 ildə imtahan nəticələri
17 faiz yüksəlib. “Əla” qiymət alanların sayı 2015-ci ildəki 7 faizdən 2016-cı ildə 9,2 faizə yüksəlib. Bu siniflərdə hər üç fəndən “əla” qiymət alan şagirdlərin sayı 6,8 faizdən 8,8 faizə yüksəlmişdir.

M.Cabbarovun sözlərinə görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı”ı çərçivəsində təhsil almaq hüququ qazanmış tələbələrin sayı 3558 nəfərə çatmış, bu günədək dövlət proqramı çərçivəsində 1470 nəfər məzun olub. Həmin məzunlar dünyanın ən aparıcı universitetlərində ölkəmiz üçün zəruri olan tibb, mühəndislik, İKT, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə təhsil almışlar. Proqram məzunlarının 95 faizi öz ixtisas istiqaməti üzrə, 5 faizi başqa sahədə fəaliyyətini davam etdirir. Məzunların 60 faizi özəl sektorda,
40 faizi isə dövlət sektorunda çalışır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here