Bu gündən müəllimlərin növbəti qiymətləndirilməsinə başlanılır

11 May, 09:38

Bu gündən Azərbaycanda müəllimlərin növbəti diaqnostik qiymətləndirilməsinə başlanılır.

VOİCEPRESS-in məlumatına görə, mayın 16-da yekunlaşacaq qiymətləndirmədə 12 mindən çox müəllim iştirak edəcək. 5 gün ərzində Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda, həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.

Qeyd edək ki, 4-6 may tarixlərində keçirilən diaqnostik qiymətləndirmədə Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan 6 min nəfərə yaxın müəllim iştirak edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here