Bu gündən Bakı daha bir böyük yarışa ev sahibliyinə başlayır

3 May, 09:59

Bu gündən Bakı daha bir böyük yarışa ev sahibliyinə başlayır. VOİCEPRESS-in məlumatına görə, “Tour d’Azerbaidjan-2017” may ayının 3-də start götürür.

Builki yarışda 18 ölkədən 22 komanda mübarizə aparacaq ki, onlardan da 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektivdir.

İştirakçılar 1-ci mərhələdə Bakı – Sumqayıt (150 km),

2-ci mərhələdə Bakı – İsmayıllı (187 km),

3-cü mərhələdə Qəbələ – Şəki – Qəbələ (177 km),

4-cü mərhələdə Qəbələ – Ağsu – Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı – Abşeron – Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 km məsafə qət edəcəklər.

Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.

Tur mayın 7-dək davam edəcək. Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan 5 günlük yarış əvvəlki illərdə olduğu kimi, bu dəfə də planetin nüfuzlu “Eurosport” kanalı vasitəsilə yayımlanacaq.

Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov sürücülərə beynəlxalq əhəmiyyətli yarışı, o cümlədən bir neçə gün sonra başlanacaq IV İslam Həmrəyliyi Oyunlarını nəzərə alaraq ay ərzində mümkün qədər şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyi məsləhət görüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here