Maraqlıdır, hazırda hansı sahələrdə ixtisarlar ola bilər?
VOİCEPRESS xəbər verir ki, iqitsadçı-ekspert Akif Nəsirli cebhe.info-ya açıqlamasında bildirib ki, növbəti hədəf yenə də nazirliklərin birləşdirilməsi, bəzi komitələrin ixtisarı ola bilər: “İqtisadi böhranda olan ölkənin idarəetməsində ixtisarların olması təbiidir. Düşünürəm ki, Azərbaycan hökuməti bu ixtisarlar planında ilk növbədə nazirlikləri birləşdirməli, komitələri ixtisar etməlidir. Ümumiyyətlə, Azərbaycanın idarəetmə iyearxiyasında kifayət qədər təkrarçılıq var. Lüzumsuz ştatlar mövcuddur, bunlara son qoymaq lazımdır”.
A.Nəsirli bildirib ki, hökumət yəqin ki, növbəti mərhələdə də ikinci dərəcəli kürsüləri ixtisar edəcək: “Düşünürəm ki, hökumət ilk növbədə aşağı pillələrdə ixtisarları reallaşdıracaq. Bu işin dinamikası belədir. Böhran dərinləşdikcə, pul vəsaiti azaldıqca, hökumət üçün xərclərin ödənilməsi problemə çevrildikcə bu ixtisarlar yuxarıya doğru hərəkət edir. Hesab edirəm ki, Azərbaycanda da yüksək vəzifəli şəxslərin, hansısa komitənin ixtisarı problemə çevrilib.
Bu proses hakimiyyət daxilində müəyyən problemlərə, pərdəarxası qarşıdurmaya səbəb olur. Hesab edirəm ki, bu qarşıdurmalardan yayınmaq məqsədi ilə ilk növbədə nazirlikləri birləşdirməklə ixtisar reallaşacaq”. A.Nəsirlinin sözlərinə görə, İqitsadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, o cümlədən də SOCAR-da ixtisarlar olacaq: “Adını qeyd etdiyimi nazirliklər, o cümlədən də SOCAR-da kifayət qədər ştat var ki, ixtisarlar aparılmalıdır. Birinci dərəcəli kürsülərin ixtisarı yaxın gələcəkdə gözlənilən deyil”.
VOİCEPRESS.AZ