Bakıda 11 yaşlı uşağı evdən qaçıran SƏBƏB

17 May, 15:09

Bakıda itkin düşən 6-cı sinif şagirdi Amil Dadaşov Nardarandan tapılıb.

11 yaşlı Amilin evdən getməsinin bəzi səbəbləri məlum olub.

VOİCEPRESS xəbər verir ki, Amilin bibisi Sevinc Süleymanova lent.az-a bildirib ki, mayın 12-dən yoxa çıxan Amil küçələrdə gecələyib: “Neçə gündür küçələrdə gəzib. Hətta IV İslam Oyunlarının açılış mərasiminə baxmağa da gedib. Bu gün isə Nardarana, nənəmgilə gəlib”.

S.Süleymanova deyir ki, Amil oxumaq istəmədiyi üçün bu addımı atıb: “Deyir ki, mən oxumaq, məktəbə getmək istəmirəm. Məni məcbur edirsiniz deyə, belə etdim”.

Amilin bibisi vurğulayıb ki, nənəsinin ölümü Amildə psixi travmalar buraxıb: “Uşaqda heç nəyə maraq qalmayıb, sevgi, istək ölüb, sanki. Qorxuruq ki, indi belə bir addım atıbsa, məktəbdən də uzaqlaşdırıldıqdan sonra pis yollara düşəcək, yanlış adamlara qoşulacaq. Psixoloq yardımı almasına çalışacağıq”.

S.Süleymanova deyir ki, Amilin anası Rusiyada evlidir və dəfələrlə uşağa görə çağırsaq da, gəlmək istəməyib: “Deyir, Amil özü istəsə, böyüyəndə gələr yanıma”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here