Bakı-2017: Türkiyə İraq və Kamerunu məğlub etdi

10 May, 15:43

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi və qadın həndbolçular arasında yarışlar davam edir.

VOİCEPRESS xəbər verir ki, “B” qrupunda Türkiyə və İraqın kişi həndbolçuları qarşılaşıblar. Birinci hissədə İraq idmançıları üstün olsa da (19:17), yekun nəticə türkiyəlilərin xeyrinə olub – 35:33.

Türkiyənin qadın həndbolçuları isə kamerunlu rəqiblərini 33:31 hesabı ilə məğlubiyyətə uğradıblar.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here