AzTU-da “Gənclər və elmi innovasiyalar” mövzusunda konfrans

3 May, 11:43

Mayın 3-də Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin və gənc tədqiqatçıların ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransı öz işinə başlayıb.

VOİCEPRESS
xəbər verir ki, tədbir iştirakçıları universitetdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat-fəailiyyətini əks etdirən fotolarla tanış olublar və büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə AzTU-nun prorektoru İlham Pirməmmədov Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsindən, gənclərin inkişafına göstərilən dövlət qayğısından danışıb. Ölkəmizdə gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən prorektor ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin təhsilinə, hərtərəfli inkişafına diqqət və qayğısını xüsusi vurğulayıb, Ulu Öndərin “Dövlət gənclər siyasəti haqqında” 1999-cu il 29 iyul tarixli Fərmanının əhəmiyyətindən söz açıb.

İlham Pirməmmədov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aydındır ki, dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən çox asılıdır. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindəndir. Bildirilib ki, son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiqləməsində böyük rol oynayıb.

İlham Pirməmmədov vurğulayıb ki, müstəqilliyimizin əbədi olması, torpaqlarımızın azad edilməsi sahəsində gənclərimizin üzərinə böyük vəzifələr düşür. Gənclərimiz təhsildə müvəffəqiyyət qazanmaqla yanaşı, Vətənin layiqli övladları kimi yetişməlidirlər. Çünki Azərbaycanın uğurlu gələcəyi bu günün tələbə gənclərindən asılıdır.

Konfransın plenar iclasında tələbələrin “Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi” və “Microsoft Windows Server 2012 R2 bazasında virtual şəbəkə infrastrukturunun internetə çıxışının işlənməsi” mövzularında məruzələri dinlənilib.

Ümümilikdə 700-ə yaxın məqalə təqdim olunan konfransın plenar iclasına aidiyyatı nazirliklərdən, idarə, təşkilat və ali təhsil müəsissələrindən də qonaqlar qatılıb.

Daha sonra konfrans işini “Avtomatika və kompyuter texnikası”, “Nəqliyyat”, “Elektrotexnika və energetika”, “Metallurgiya”, “Maşınqayırma”, “Radiotexnika və rabitə”, “Mühəndis biznesi və menecment”, “Xüsusi texnika və texnologiya”, “Təbiət və fundamental elmlər”, “Humanitar elmlər” və “Dillər” bölmələr üzrə davam etdirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here