Azərbaycanla Baham arasında diplomatik əlaqələr yaradıldı

3 May, 02:04

Mayın 2-də ABŞ-ın Nyu-York şəhərində Azərbaycan Respublikası ilə Baham Adaları Birliyi arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike imzalanıb.

VOİCEPRESS axşam.az-a istinadən xəbər verir ki, sənəddə bildirilir ki, diplomatik əlaqələrin yaradılması iki ölkə və xalq arasında qarşılıqlı anlaşmanı təşviq etmək, əməkdaşlığı gücləndirmək niyyətindən irəli gəlir və BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa, xüsusilə də beynəlxalq sülh və təhlükəsizlik, dövlətlərin suveren bərabərliyi, milli suverenliyə hörmət, müstəqillik, ərazi bütövlüyü, dövlətlərin daxili işlərinə qarışmama və beynəlxalq müqavilələrə hörmət prinsiplərinə əsaslanır.

Birgə Kommünikeni iki ölkənin BMT yanında daimi nümayəndələri – Yaşar Əliyev və Elliston Rahming imzalayıblar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here