Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 51-ci qızıl medalını qazanıb.
VOİCEPRESS xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Cavid Çələbiyev finalda İraq idmançışı Əmmar Kərbəlayi ilə qarşılaşıb.
Təmsilçimiz həlledici görüşdə rəqibini məğlub edib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
VOİCEPRESS.AZ