Azərbaycanın kempo üzrə idmançıları dünya çempionu oldular

1 May, 18:15

Portuqaliyanın Albufeyra şəhərində Kempo üzrə 14-cü Dünya Kuboku və Dünya Çempionatı keçirildi.

VOİCEPRESS bildirir ki, yarışda ölkəmizi 4 nəfər təmsil edib. 2 idmançımız iki versiya üzrə iştirak edib (Kempo-Full və Submişn Gi). Çempionatın ikinci günü (26.04.2017) Kempo Submişn Gi üzrə keçirilən yarışda 14-15 yaşlar arasında 65 kq çəki dərəcəsində İbrahimli Toğrul 3 görüş keçirərək finalda fransız idmançısına məğlub olaraq 2-ci yerlə kifayətləndi.

Sonra kişilər arasında 60 kq çəki dərəcəsində Novruzov Novruz 4 görüş keçirərək 1-ci yer qazandı. Yarışın 4-cü günü (28.04.2017) kempoçularımız Kempo Full üzrə iştirak etdilər. Hər iki idmançımız Novruzov Novruz kişilər arasında 60 kq çəki dərəcəsində, 14 -15 yaşlar arasında isə İbrahimli Toğrul 60 kq çəki dərəcəsində bu versiya üzrə bütün rəqiblərini məğlub edərək 1-ci yeri qazandılar. Kempoçuların bu çempionatda iştirak etmələri üçün Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin maddi və mənəvi dəstəyi olub. Bu çempionatda 42 dövlətdən 450-ə yaxın idmançı öz güclərin sınamışdılar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here