Azərbaycan yerində qaldı – UEFA reytinqi

4 May, 11:16

Avrokubokların yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən 3 matçdan sonra UEFA-nın reytinq siyahısı açıqlanıb.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, həftənin ilk iki oyun günündə Çempionlar Liqasında 2, Avropa Liqasında 1 qarşılaşma baş tutub.

Keçirilən görüşlərdə üç ölkə xal hesabını artırıb. Hollandiya, İtaliya və İspaniya təmsilçisinin qələbəsi sayəsində qazanc əldə edib. “Ayaks” hollandiyalılara daha çox – 0,400 xal qazanc gətirib. İtaliya “Yuventus”un qələbəsi ilə 0,333, İspaniya “Real”ın uğuru ilə 0,283 xal irəli düşüb.

Xal hesabındakı bu dəyişikliklər ölkələrin yerlərində əksini tapmayıb. Nəticədə Avropanın 54 ölkəsinin heç birinin yeri dəyişməyib.

Qeyd edək ki, avrokubok mövsümü başa çatan Azərbaycan 17,750 xalla reytinq cədvəlində 26-cı yerdədi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here