Böyük dəstəyə görə Azərbaycan xalqı qarşısında baş əyirəm.
VOİCEPRESS bildirir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı, Azərbaycan karateçisi Rafael Ağayev deyib.
VOİCEPRESS bildirir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı, Azərbaycan karateçisi Rafael Ağayev deyib.
İdmançı ölkə başçısı Prezident İlham Əliyevə göstərdiyi dəstək və qayğıya görə minnətdarlığını ifadə edib.
O deyib: “İndi hisslərimi ifadə etmək çox çətindir. Çox sevincliyəm. Bütün idmançılarımıza qələbə, qızıl medal arzu edirəm”.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
VOİCEPRESS.AZ