Mayın 10-da Azərbaycan Sosial Rifah Partiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ASPR sədri Xanhüseyn Kazımlı Heydər Əliyev siyasi xəttini tərənnüm edən “Böyük siyasətin davamı” adlı 7 cildlik kitabından söz açdı. Ölməz şəxsiyyət Heydər Əliyevlə bağlı xoş xatirələrindən danışdı: “Azərbaycan xalqının təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkənin üzləşdiyi problemləri aradan qaldırmağa başladı. Vətəndaş müharibəsinin qarşısını alqaraq, Azərbaycan xalqını və dövlətini məhv olmaqdan xilas etdi. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı başladığı müharibə, M.Qorbaçovun həyata keçirdiyi “yenidənqurma” nəticəsində ölkədə fəaliyyətini dayandırmış zavod və fabriklər, işsizlik və ölkədə ayrı-ayrı hərbi dəstələrinin vətəndaş müharibəsinə gətirib çıxaracaq fəaliyyəti, ölkənin iqtisadiyyatını iflic vəziyyətinə qoymuşdur. Dövlətin büdcəsi yox vəziyyətində, valyuta ehtiyatları yox idi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam edirdi. Heydər Əliyev ordu yaratdı, ölkə iqtisadiyyatını ayağa qaldırdı, ölkənin təhlükəsizliyini təmin etmək üçün çox işlər gördü. Bütün bunlar üçün isə o, neft strategiyasını işə saldı. Ölkədə stabillik yaranandan sonra, xarici investorların ölkəyə cəlb edilməsi siyasəti nəticəsində ölkədə inkişaf prosesi başladı. Bütün böyük layihələrin memarı Ulu Öndər Heydər Əliyev olmuşdur. 2002-ci ildə özülü qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəməri məhz Ulu Öndərin adını daşıyır. Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dünya siyasətində mühüm yer tutdu, dünyanın böyük siyasi qüvvələri Azərbaycanla hesablaşmağa başladılar. Bu strategiya bugün Azərbaycanın prezidenti İlham Əliyev tərəfindən böyük ustalıq və məharətlə həyata keçirilir. Məhz bunun nəticəsində Azərbaycan regionun ən sürətlə inkişaf edən və güclü iqtisadiyyata mailk olan dövlətinə çevrildi”.
Daha sonra tədbirdə ASRP- nin sədr müavini xanım Əsli Kazımlı Ulu Öndər haqqında, onun uzaqgörənliyi və bu gün də davam etdirilə bilən düşünülmüş siyasi kursundan söz açdı: “Ulu öndər Heydər Əliyev uzaqgörən siyasətçi olmaqla yanaşı çox gözəl iqtisadçı və diplomat idi. Təsəvvür edin Əsrin müqaviləsi neçə il bundan əvvəl imzalanıb və məhz dahi şəxsiyyətin əməyi nəticəsində ərsəyə gəlib. Amma bu gün də həmin müqavilə Azərbaycan iqtisadiyyatının aparıcı qüvvələrindən biri heab olunur. Bu gün məhz Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyev kimi prezidentin bərabərhüquqlu siyasi kursu sayəsində ölkəmizdə sabitlik hökm sürür. İqtisadi baxımdan bütün dünya böyük böhranla üz-üzə olsa da, Azərbaycan bu gün bunu demək olar ki, hiss etmir. Bu da bir uğurdur. Məhz buna görə də, bu gün dövlətimizin günü gündən çiçəklənməsinin təməl daşını qoyan i Heydər Əliyevdirsə, ölkəmizin sabitlik qarantı və təminatçısı İlham Əliyevdir”.

Daha sonra tədbir Ulu Öndərə həsr edilən film nümayişui ilə davam etdi.
VOİCEPRESS.AZ