Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (85 kq) IV İslam Həmrəyliyi Oyunlarında yarımfinalda mübarizəsini davam etdirib.
VOİCEPRESS xəbər verir ki, final uğrunda mübarizədə idmançımızın rəqibi Qırğızıstan güləşçisi Azat Beishbekov olub.
VOİCEPRESS xəbər verir ki, final uğrunda mübarizədə idmançımızın rəqibi Qırğızıstan güləşçisi Azat Beishbekov olub.
Güləşçimiz rəqibini 3:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
VOİCEPRESS.AZ