Azərbaycan cüdoçusundan nümunəvi hərəkət – VİDEO

15 May, 17:54

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi cüdoçuların komanda yarışının finalında Azərbaycan idmançısı nümunəvi hərəkəti ilə yadda qalıb.

VOİCEPRESS xəbər verir ki, +90 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Uşanqi Kokauri final görüşündə zədələnən əlcəzairli rəqibi Nəcib Temmarın ayağa qalxmasına kömək edib.

Finalda Azərbaycan yığması qalib gələrək qızıl medala sahib olub – 3:2.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here