Azərbaycan cüdoçuları yarımfinala çıxdı

13 May, 11:43

Azərbaycanın iki cüdoçusu IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün cüdo üzrə keçirilən yarışlarda yarımfinala çıxıb.

VOİCEPRESS bildirir ki, 52 kq çəki dərəcəsində Azərbaycan cüdoçusu Nəzakət Əzizova Qabon təmsilçisi Ester Korin Evala Bondim ilə qarşılaşıb.

Daha sonra digər Azərbaycan cüdoçusu Xanım Hüseynova 63 kq çəki dərəcəsində Türkmənistan təmsilçisi Ayna Jumakulyeva ilə qarşılaşıb.

Hər iki cüdoçumuz rəqiblərinə qalib gələrək yarımfinala çıxıblar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here