Azərbaycan seksual azlıqların haqlarına əməl edilməsi baxımından Avropada ən sonuncu yerdədir.
VOİCEPRESS xəbər verir ki, bu barədə informasiyanı İLGA təşkilatı yayıb. Təşkilat Azərbaycandan seksual azlıqların haqlarının qorunma səviyyəsinin inkişafının 5% təşkil etdiyini bildirib. Ölkəmizlə bərabər son beşliyi Rusiya (6%), Ermənistan (7%), Türkiyə (9%) və Monako (10%) tutub.
Seksual azlıqların ən çox qorunduğu ölkələr sırasında isə Avropada ilk üçlükdə Malta (88%), Norveç (78%) və Böyük Britaniya (75%) qərarlaşıb.
VOİCEPRESS.AZ