Azad Rəhimovdan IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən sonra ilk açıqlama

13 May, 01:07

Keçirilən İslam Həmrəylik Oyunlarının açılış mərasiminin xüsusi yeri var. VOİCEPRESS bildirir ki, bunu trend-ə özəl olaraq gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.

A. Rəhimov bildirib: “Açılış mərasimi imkan verir ki, bütün dünyaya Azərbaycanın tarixini, Vətənimizin, Bakının gözəlliyini nümayiş etdirək.

Təbii ki, Oyunlar idmançılar üçün əsasdır. Biz istərdik ki, bizim idmançılarımız yüksək nailiyyətlər göstərsinlər və o niliyyətləri də onlardan gözləyirik. Bu İslam Həmrəyliyi Oyunlarında biz gözləyirik ki, idmançılarımız çox yaxşı çıxış edəcəklər və onlar bu günlərdə keçirilən yarışlarda artıq bunu sübut etməyə başlayıblar”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here