Avropa Birliyinə üzv dövlətlər Pekin görüşündən narazı ayrılıblar. VOİCEPRESS xarici mediaya istinadən xəbər verir ki, Pekində baş tutan “Bir qurşaq – bir yol” beynəlxalq forumu ilə bağlı Çin Prezidenti Si Szinpin tərəfindən irəli sürülən qətnaməni Avropa liderləri imzalamayıb. Buna səbəb isə çoxmilyardlıq “İpək Yolu” planının sosioloji və ekoloji standartlara cavab verməməsi olub.
Məlumata görə, Avropa Birliyi ölkələri bu qənaətdə olub ki, həmin layihə ilə bağlı Çin hökuməti qarşısında qaldırılan problemlər layihə mətninə daxil edilməyib.
Məlumata görə, Avropa Birliyi ölkələri bu qənaətdə olub ki, həmin layihə ilə bağlı Çin hökuməti qarşısında qaldırılan problemlər layihə mətninə daxil edilməyib.
VOİCEPRESS.AZ