Avropa çempionu cüdoçumuz qələbə ilə başladı

13 May, 11:25

Azərbaycan cüdoçusu, Avropa çempionu Hidayət Heydərov IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda mübarizəyə başlayıb.

VOİCEPRESS xəbər verir ki, 1/8 finalda H.Heydərovun rəqibi Toqo təmsilçisi Frederik Adebayo Olimpio olub.

Gərgin keçən mübarizədə idmançımız rəqibinə qalib gəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here