Ancelina Coli və Bred Pitt barışdılar

13 May, 12:08

Dünyanın ən məşhur aktrisalarından biri, Hollivud ulduzu Ancelina Coli atasını, məşhur aktyor Con Voytu bağışlayıb.

VOİCEPRESS TMZ-yə istinadən bildirir ki, 41 yaşlı aktrisa indiyədək deyirdi: “Mən hələ uşaq olanda atam bizi atıb getdiyinə görə onu ömrümün sonunadək bağışlayan deyiləm”.

Fəqət, 2011-ci ildə aktrisanın anası Marşelin Bertran vəfat edəndən sonra ata və qız arasındakı gərginlik, soyuqluq bir qədər səngimişdi.

Daha sonra isə Bred Pitt ata ilə qızın arasında “maneə” rolunu oynamışdı. A.Colinin rəfiqələrinin dediklərinə görə, məhz Bred Pittin qaynatasına kəskin antipatik münasibət bəslədiyinə görə, o, A.Coli ilə qeyri-rəsmi nikahının rəsmiləşdiyi toyuna, 2014-cü ildəki mərasimə Voytu dəvət etməmişdi.

Bred Pitt isə bu iddiaları rədd edir, Ancelina Coli ilə Con Voytun arasındakı gərginliyi aradan qaldırdığını deyir.

Mayın 9-da Ancelina Coli Beverli-Hillsdəki Çin restoranlarından birində atası ilə görüşüb. Aktrisa restorana övladlarını – Paks, Zahara, əkizlər Vivyen və Noksu da aparmışdı.

Bu arada bəlli olub ki, Ancelina Coli atası ilə bahəm, Bred Pittlə də barışıb.

Hollywood Life-ın məlumatına görə, Coli və Pitt artıq həftədə bir neçə dəfə görüşürlər.

“Bred Ancelinanı çox sevir, Ancelina da Bredi bağışlamaq niyyətindədir. Bred əyyaşlıqdan əl çəkib, ailəsini düşünür”, – mənbələr deyiblər.

Ancelina Coli bu yaxınlarda Bred Pittin malikanəsinin yaxınlığındakı villanı satın alıb. Villada 6 yataq otağı, 10 vanna otağı, trenajor zalı, kitabxana və hovuz var.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here