Vida mərasiminə rəsmi şəxslər və bir sıra tanınmış sənətkarlar, ziyalılar qatılsa da, qızı Rəşidə gözə dəyməyib.
VOİCEPRESS-in əldə etdiyi məlumata görə, Rəşidə səhhəti pisləşdiyi üçün anası ilə vida mərasiminə qatılmayıb.
Bu gün isə o, sosial şəbəkədə anası Ceyran Behbudovanın şəklini paylaşaraq, onunla bağlı fikirlərini bölüşüb:
“İşgəncə nədir? Baxın, budur mənim işgəncəm… Mənim sevgim… Mənim kədərim”.
VOİCEPRESS.AZ