Bir neçə gün əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən əməkdar artist Əjdər Həmidovun səhhəti normallaşıb.
VOİCEPRESS lent.az-a istinadən xəbər verir ki, 1 saylı şəhər xəstəxanasının nevrologiya şöbəsində müalicə olunan aktyor dünən evə buraxılıb. Əjdər Həmidov açıqlamasında bildirib ki, yaxın günlərdə teatra qayıtmaq niyyətindədir:
“İndi evdəyəm, səhhətim normallaşıb. 12 gün xəstəxanada müalicə olundum. Mənə hər cür diqqəti göstərdilər. Xüsusi ilə xəstəxananın nevrologiya şöbəsinin müdiri Lalə Tağızadəyə minnətdarlıq edirəm. Ora gedəndə təzyiqim 260-a çatmışdı, insult olmaq həddində idim. Məni müalicə etdilər. Həm də tapşırıblar ki, özümü qoruyum. Amma teatrsız qala bilmirəm. Birisigün tamaşam var, istəyirəm səhnəyə çıxım”.
VOİCEPRESS.AZ