Ağdamda ev yanıb

4 May, 09:45

Ağdam rayonunda evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən VOİCEPRESS-ə verilən məlumata görə, Əfətli kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 169 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 145 m2 və mətbəxi 12 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here