VOİCEPRESS xəbər verir ki, məqalədə Ermənistan bazarında Azərbaycan almalarının satışının səbəb olduğu “sosial-siyasi böhrandan” danışılır. Müəllif dadlı Azərbaycan almalarından danışarkən yazır ki, ermənilər bu almaları yeyir. Ermənistanda Azərbaycan almalarına tələbat bu ölkənin hökumətini “qanunsuz“ meyvələri müsadirə etmək üçün barrikadalar yaratmağa məcbur edir.
Sovet dövrünün plaş və şlyapalarını geyinmiş hökumət xəfiyyələri ərzaq mağazalarında reydlər keçirərək, qaçaqmalçılıq yolu ilə gətirilmiş almaları müsadirə edir, “Epplgeyt” işi üzrə tədqiqat apararaq, Azərbaycan almalarını ölkə bazarına gətirən günahkarları axtarıb tapmağa çalışırlar. Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş və yüz minlərlə dinc azərbaycanlını yerindən-yurdundan didərgin salmış ermənilər dadlı Azərbaycan almaları alarkən antiazərbaycan hisslərini və onilliklərboyu bəslədikləri nifrəti qəsdən gizlədirlər. Ermənistanda satılan almaların üzərinə Azərbaycanın iri məhsul ixracatçısı “DAD” şirkətinin yarlıqları vurulub. Almalar Ermənistanın hər yerində, o cümlədən paytaxt İrəvanda satılır.
“Epplgeyt” Ermənistan hökumətini həqiqətən çox narahat edir. Bu böhran ölkənin xəbər nəşrlərində və qanunsuz satılan Azərbaycan almalarının axtarışı ilə məşğul olan hökumət agentliyinin – Yeyinti Məhsullarının Təhlükəsizliyi Xidmətinin mətbuat üçün açıqlamalarında yer alıb. R. Kontreras yazır ki, tədqiqat xüsusi səylər tələb etmir, çünki aydın məsələdir ki, Azərbaycan almaları Ermənistana Gürcüstandan gətirilir. O qeyd edir ki, bu hadisə Azərbaycan ilə 25 illik münaqişəni nizamlamaqdan imtina edən erməni radikallarını qıcıqlandırır.
VOİCEPRESS.AZ