ABŞ hərbi təyyarələri Rusiyaya yaxınlaşdı

10 May, 09:38

ABŞ və İsveç Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Rusiyanın Kalininqrad vilayəti yaxınlığında kəşfiyyat əməliyyatı aparıblar.

VOİCEPRESS xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Məlumata görə, Britaniyanın Mildenholl bazasından havaya qalxan ABŞ-ın RC-135V təyyarəsi Polşa tərəfdən Kalininqrad ətrafında uçub. Təyyarə 3 saata yaxın vilayətin cənub sərhədləri ətrafında 9.4 min metr hündürlükdə radiotexniki kəşfiyyat aparıb.

Agentlik bildirib ki, kəşfiyyat təyyarəsi Rusiya sahillərinə 70-80 kilometr məsafədə yaxınlaşıb. Həmin vaxt İsveçin Malmen bazasından qalxan Qoldsfrim-4 təyyarəsi də Kalininqrad yaxınlığında Baltik suları üzərində dövrə vurub.

Hadisə ilə bağlı hələ ki, rəsmi məlumat yayılmayıb

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here