Qeyri-adi bölmələri özü ilə gətirən qatarda iştirak edən şüşə tavanlı hissələr sayəsində, müştərilər rahatlıqla panoramik bir səyahət edə bilərlər. Daxilində hər biri iki nəfərlik olmaqla, 17 ədəd otaq olduğu üçün qatarla yalnız 34 sərnişin səyahət edə bilər. Train Suite Shiki-Shima adlı qatarda, eyni zamanda, professional mətbəx xidməti də var. Hal-hazırda Tokioda mövqeləndirilən qatarın ilk səfəri, Tokyo-Ichinoseki şəhərləri arasında olacaq.
Üç gecə dörd gün şəklində ümumilikdə 1.800 kilometrlik bir reys üzərindən davam edən səfərlərdə sərnişinlər, təyin olunan stansiyalarda dayanıb, bölgədə gəzərək, qatara yenidən geri dönə biləcəklər. May ayında xidmətə başlayacaq olan qatara qonaq olmaq istəyənlərin iki günlük tarifi üçün adam başı 320.000 yuan, təxmini olaraq 2 944 dollar, dörd günlük tarifi üçün isə adam başı 750.000 yuan təxmini olaraq isə 6 900 dollar ödəniş etməlisiniz.
Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqqında xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq “Texno Park”ı izləyin.
“Texno Park” bazar günü saat 16:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!
https://www.youtube.com/TexnoPark
https://www.facebook.com/AZTexnoPark/
Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:
Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6
VOİCEPRESS.AZ